20 May 2026 / 18:12

Elşənlə Aşıq Əlinin maraqlı oyunu

Aşıq Əli ilə aktyor-aparıcı Elşən Orucov arasında yaşanan maraqlı dialoq sosial şəbəkələrdə diqqət çəkib.

Tezadlar.az xəbər verir ki, məşhurların birlikdə nərd oynadığı anlar izləyicilər tərəfindən maraqla qarşılanıb. Oyunun gedişində baş verən səmimi söhbətlər və zarafat dolu dialoq izləyicilərdə gülüş doğurub.

Xüsusilə oyunda məğlub olan Aşıq Əlinin üz ifadəsi sosial mediada gündəmə çevrilib. İzləyicilər onun reaksiyasını əyləncəli hesab edərək görüntüləri geniş şəkildə paylaşıblar.

Sosial şəbəkə istifadəçilərinin bir qismi məşhurların təbii və səmimi davranışlarını bəyəndiklərini qeyd edib. Digərləri isə Aşıq Əlinin oyundakı emosional reaksiyasının görüntülərə xüsusi rəng qatdığını bildirib.

Qısa zamanda yayılan video maraqlı paylaşımlarından birinə çevrilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!