Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən maraqlı roman, povest və hekayələri ilə Azərbaycan və dünya ədəbiyyatında öz imzası olan Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin daha bir əsəri ilə oxucuları tanış etmək istəyirik. Populyarlıq qazanmış “Gecə süvarisi” adlı roman Zöhrab adlı gəncin macəralarından bəhs edir. Romandakı hadisələr 1970 – 1980-ci illərdə Bakıda baş verir. Zöhrabın həyat tərzi və başına nə kimi işlərin gəlməsi əsərdə işıqlandırılır. “Gecə süvarisi” romanı Bakı sexçilərinin həyatından bəhs edən və sovet dövrünün sosial problemlərini üzə çıxaran əsər kimi 1981-ci ildə, o dövrün sərt senzurasına baxmayaraq nəşr olunmuşdur. Kitab inanılmaz bir uğur qazanmış – oxucular 30 min nüsxəlik tirajın hamısını kitab mağazalarının rəflərindən bir göz qırpımında almışdılar. Təxminən yarım əsr sonra Natiq Rəsulzadə baş qəhrəmanın taleyinin davamını yazaraq əsəri “Poker oyunu” adlandırdı. Əsərin qəhrəmanının taleyi müəyyən mənada qəsdən tamamlanmamış saxlanılmışdı; müəllif oxucuya düşünmək imkanı verirdi: qəhrəman bundan sonra necə yaşayacaq? Həyatda öz yolunu tapa biləcəkmi? Qarşısına çıxan çətinlikləri aşa biləcəkmi? Və s. Müəllifin öz sözlərinə görə, hər bir bədii əsər qəhrəmanı həm yazıçının həm də onlarla real insanın, o cümlədən müəllifin özünün xüsusiyyətlərini daşıyır. Baş və digər qəhrəmanlar, personajlar məhz bir çox real detalların birləşməsindən yaradılır. Yazıçı Şahzadə İldırım əsərdən bir parçanı səsləndirərək izləyicilərə təqdim edir. Videoçarxda Xalq yazıçısı Natiq Rəsulzadənin kiçik yaşlarından kitab oxumağı və mütaliə vərdişlərinə yiyələnməyi tövsiyə edən çıxışı da yer alır.
JASMİN
Videoçarx kitabxananın YouTube kanalında verilib: https://www.youtube.com/watch?v=b-71YQF6R_E