Əsas məzmuna keç

SON DƏQİQƏ: Qlobal Sumud Donanması fəalları bu gün Türkiyəyə qayıdırlar

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, “Bu gün vətəndaşlarımızı və üçüncü ölkələrdən olan iştirakçılarımızı xüsusi reyslərlə Türkiyəyə qaytarmağı planlaşdırırıq”.

Tezadlar.az xəbər verir ki, xarici işlər naziri Hakan Fidanın açıqlaması belədir:

“Qlobal Sumud Donanmasına qarşı qanunsuz müdaxilə nəticəsində saxlanılan vətəndaşlarımızın təhlükəsizliyini və təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bütün müvafiq qurumlarla işləyirik. Bu gün vətəndaşlarımızı və üçüncü ölkələrdən olan iştirakçılarımızı xüsusi reyslərlə Türkiyəyə qaytarmağı planlaşdırırıq. Vətəndaşlarımızın hüquqlarını qorumağa və Qəzzada mülki şəxslərə qarşı humanitar məsuliyyətimizi yerinə yetirməyə davam edəcəyik; Fələstin xalqına dəstəyimizi qətiyyətlə davam etdirəcəyik”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…