Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2026 / 12:58

Keçmiş baş nazir, sabiq DTX rəhbəri və deputatlar olmaqla 13 yüksək vəzifəliyə cinayət təqibi başlandı

…2025-ci ildə Gürcüstanda yüksək ranqlı 13 vəzifəli şəxsə qarşı cinayət təqibi başlanıb. Onların arasında ölkənin keçmiş baş naziri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, eləcə də Gürcüstan parlamentinin 6 deputatı yer alır. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Prokurorluğun 2025-ci il fəaliyyət hesabatında məlumat verilib. Hesabatda bildirilir ki, prokurorluğun istintaq bölmələri dövlət qurumlarında yüksək vəzifəli şəxslərin xidməti fəaliyyəti zamanı törətdiyi korrupsiya və vəzifə cinayətlərinin aşkarlanması istiqamətində aktiv fəaliyyət göstərib.

Məlumata görə, yüksək vəzifəli şəxslərə qarşı başlanan cinayət təqibləri əsasən aşağıdakı maddələr üzrə olub: Rüşvət alma – 6 fakt; Sabotaj – 6 fakt; Xarici dövlətə düşmən fəaliyyətində yardım göstərmə – 3 fakt; Vəzifə səlahiyyətlərini aşma – 1 fakt; Dövlət əleyhinə yönəlmiş cinayət – 1 fakt. Bununla yanaşı, ümumilikdə dövlət qulluqçularına qarşı 2025-ci ildə ən çox cinayət təqibi aşağıdakı maddələr üzrə başlanıb: Dələduzluq (Cinayət Məcəlləsinin 180-ci maddəsi); Qanunsuz gəlirlərin leqallaşdırılması (çirkli pulların yuyulması) (194-cü maddə); Saxta sənəd, möhür, ştamp və blankların hazırlanması, satışı və istifadəsi (362-ci maddə); Mənimsəmə və israf etmə (182-ci maddə); Şəxsi həyat sirrinin pozulması (157-ci maddə).

Hesabatda qeyd olunub ki, 2025-ci ildə Gürcüstan Prokurorluğunun istintaqında olan cinayət işləri üzrə 314 nəfər, o cümlədən 24 hüquqi şəxs barəsində ittihamedici hökm çıxarılıb. Eyni zamanda, 7 nəfər barədə bəraət hökmü verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!