Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinə sistemli nəzarət iştirakçıların sağlamlığının qorunması və etibarlı mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirlərindən bəhs olunur.
Tezadlar.az xəbər verir ki, materialda WUF13 tədbiri zamanı AQTA əməkdaşlarının iş prosesi nümayiş etdirilir. Tədbirin keçirildiyi əsas məkan olan Bakı Olimpiya Stadionu ərazisində aparılan monitorinqlər, qida məhsullarının yoxlanılması və nümunələrin götürülməsi mərhələləri əks olunur. Eyni zamanda AQTİ-nin səyyar laboratoriyalarında aparılan çevik və dəqiq analiz prosesi də izləyicilərə təqdim edilir.
Daha ətraflı: