Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navrotski ilə yaxşı münasibətlərini nəzərə alaraq ölkəyə əlavə 5000 əsgər göndərmək qərarına gəldiyini açıqlayıb.
Tezadlar.az bildirir ki, prezident Tramp bu açıqlamanı özünün Truth Social hesabında Polşaya əlavə əsgər göndərilməsi ilə bağlı verib.
Tramp dəstəklədiyi Prezident Navrotski ilə yaxşı münasibətlərini vurğulayıb və bu münasibətləri nəzərə alaraq ölkəyə əlavə 5000 əsgər göndərəcəklərini bildirib.
Daha əvvəl prezident Tramp Polşa və Almaniyadakı Amerika əsgərlərinin sayını azaltmağı düşündüyünü bildirmişdi.
Bu məsələ ilə bağlı əvvəlki gün açıqlama verən ABŞ vitse-prezidenti J.D.Vens Polşadakı ABŞ əsgərlərinin sayını azaltmadıqlarını, sadəcə, əsgərlərin yerləşdirilməsini təxirə saldıqlarını qeyd edərək deyib: “Biz bütün Amerika əsgərlərinin Avropadan çıxarılmasından danışmırıq. Biz bəzi resursların Amerika təhlükəsizliyini maksimum dərəcədə artıracaq şəkildə yenidən bölüşdürülməsindən danışırıq”.
E.ŞİRİNOV