Əsas məzmuna keç

“Qurd Əfsanəsi” Mono Tamaşası Rəşid Behbudov Teatrında səhnələşdirildi

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində “Qurd Əfsanəsi” adlı mono tamaşa təqdim olunub. Tamaşa musiqi, ritm, hərəkət və kukla elementlərinin vəhdəti ilə seçilərək tamaşaçılara fərqli səhnə atmosferi bəxş edib.

Tezadlar.az x.əbər verir ki, ssenari müəllifi Xaqani Əliyevə məxsus, rejissoru Namiq Ağayev olan “Qurd Əfsanəsi” əsərinin baş qəhrəmanı aktyor Vüsal Rzasoy tərəfindən canlandırılıb. Səhnə boyu musiqi və kukla elementlərinin sintezi tamaşanın mistik və fəlsəfi atmosferini daha da gücləndirib.

“Qurd Əfsanəsi” tamaşaçılar tərəfindən maraqla qarşılanaraq qədim mifoloji motivlərin səhnə dili ilə təqdim olunduğu fərqli mono tamaşa kimi yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…