Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2026 / 09:22

İran NSYM-nin İcmal Konfransının uğursuzluğuna görə ABŞ-ı günahlandırdı

İran tərəfi həmçinin xəbərdarlıq etdi ki, “nüvə tərksilahı olmadan Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NSYM) gələcəyini təsəvvür etmək mümkün deyil”.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NSYM) İcmal Konfransı ABŞ və müttəfiqlərinin hərəkətləri səbəbindən ardıcıl üçüncü dəfə yekun sənəd olmadan başa çatıb.

Tezadlar.az xəbər verir ki, bu, İranın BMT-dəki Daimi Nümayəndəliyi tərəfindən verilən açıqlamada idi.

Açıqlamada deyilir: “ABŞ-ın həddindən artıq tələbləri NSYM-i sərbəst süquta sürükləyir”. İran Daimi Nümayəndəliyi İcmal Konfransının “ABŞ və müttəfiqlərinin maneəçiliyi səbəbindən ardıcıl üçüncü dəfə uğursuz olduğunu” bildirib. İran tərəfi həmçinin xəbərdarlıq edib ki, “nüvə tərksilahı olmadan NSYM-in gələcəyini təsəvvür etmək mümkün deyil”.

Daha əvvəl konfransa sədrlik edən Vyetnamın BMT-dəki Daimi Nümayəndəsi Do Hunq Viet konfransın yekun sənəd üzərində konsensusa gələ bilmədiyini bildirmişdi.

Aprelin 27-də Nyu-Yorkdakı BMT-nin qərargahında 11-ci Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin İcmal Konfransı başlayıb. Hər beş ildən bir keçirilən bu konfrans, müqavilənin üç əsas sahədə – yayılmaması, nüvə tərksilahı və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə həyata keçirilməsini qiymətləndirmək üçün müqavilənin iştirakçısı olan demək olar ki, bütün 191 ölkəni bir araya gətirir. Konfrans cümə günü başa çatıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!