Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2026 / 14:11

Kiyev alovlar içində! Rusiya Ukraynaya kütləvi hücuma başlayıb!

Rusiya Müdafiə Nazirliyi gecə Ukrayna ərazisinə intensiv hava hücumları zamanı Oreşnik də daxil olmaqla ballistik raketlər atdığını rəsmi olaraq təsdiqləyib. Ukraynada geniş dağıntılara səbəb olan hücumlarda dörd nəfərin öldüyü və onlarla insanın yaralandığı bildirilir.

Kiyev əvvəllər Rusiya ordusunun gecə hava hücumları zamanı bir “Oreşnik” orta mənzilli hipersəs ballistik raketi də daxil olmaqla 90 raketdən və 600 silahlı pilotsuz uçuş aparatından (PUA) istifadə etdiyini bildirmişdi. Rusiya indi “Oreşnik”in atılmasını təsdiqləyib.

Dağıdıcı “qisas”

Tezadlar.az xəbər verir ki, AFP-nin məlumatına görə, Moskvadan verilən rəsmi açıqlamada hücumun qisas olduğu vurğulanaraq deyilir:

“Ukraynanın Rusiya Federasiyası ərazisindəki mülki infrastruktura terror hücumlarına cavab olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri “Oreşnik”, “İsgəndər”, “Kinjal” ballistik raketləri, “Zirkon” qanadlı raketləri və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib.”

RUSİYA GECƏ BOYU KİYEVƏ HÜCUM EDİB

Ukraynanın paytaxtı Kiyev günün erkən saatlarından etibarən bir sıra şiddətli partlayışlarla sarsılıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun ölkə daxilində 600 pilotsuz uçuş aparatı və 90 raketdən istifadə etdiyini açıqlayıb. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri bu PUA-lardan 549-nu və raketlərdən 55-ni məhv edib.

Kiyev meri Vitali Kliçko paytaxtda iki nəfərin öldüyünü və 56 nəfərin yaralandığını bildirib. Şəhər xaricindəki ərazidə isə 2 nəfərin öldüyü və 9 nəfərin yaralandığı açıqlanıb.

RUSİYA ORDUSU UKRAYNADA ÜÇÜNCÜ DƏFƏ “OREŞNİK” RAKETLƏRİNDƏN İSTİFADƏ EDİR

2024-cü ilin noyabr ayında Rusiya Kiyevin Amerika və Britaniyanın uzaqmənzilli silahlarından istifadə etməsinə cavab olaraq Ukraynanın Dnepr şəhərindəki hərbi-sənaye kompleksinə “Oreşnik” raketləri ilə hücum etdi. Ötən il dekabrın 29-da prezident Vladimir Putinin Novqoroddakı iqamətgahına edilən hücumdan və yanvarın 9-da Ukraynanın Lvov şəhərindəki hədəflərə “Oreşnik” raketləri ilə ikinci hücumdan sonra Rusiya ordusu dünən gecə Kiyev vilayətinin Bila Tserkva şəhərindəki hədəflərə qarşı “Oreşnik” ballistik raketlərindən istifadə edib. Bu, Rusiya ordusunun Ukraynaya “Oreşnik” ballistik raketləri ilə üçüncü hücumudur.

LUQANSKDA KOLLECƏ HÜCUMUNA CAVAB

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Luqanskdakı bir kollecə hücumuna Kiyevi vurmaqla cavab verdiklərini açıqlayıb. Ukrayna ordusunun 22 mayda Luqansk vilayətinin Starobilsk şəhərindəki bir kollecə pilotsuz təyyarə ilə hücum etdiyi, 21 nəfərin öldüyü və 42 nəfərin yaralandığı bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, “Üç Rusiya raketi su təchizatı qurğusuna dəyib, bazar yanıb, onlarla yaşayış binası zədələnib, məktəblərə zərbələr endirilib və o (Putin), Bila Tserkvaya qarşı “Oreşnik”indən istifadə edib” və əlavə edib ki, “Onlar həqiqətən də ağlını itiriblər”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!