Əsas məzmuna keç

Pezeşkian: Dünyanı nüvə silahı ardınca getmədiyimizə əmin etməyə hazırıq

İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsal etməyi hədəfləmədiyini bildirərək, “Dünyanı nüvə silahı ardınca getmədiyimizə əmin etməyə hazırıq” deyib.

Tezadlar.az xəbər verir ki, Pezeşkian bu sözləri İran dövlət televiziyasına səfəri zamanı cari hadisələrə toxunarkən söyləyib.

O, ölkəsinin qeyri-sabitlik və iğtişaş yaratmağın tərəfdarı olmadığını bildirib, lakin əlavə edib ki, buna baxmayaraq, İsrail qeyri-sabitliyi qorumaq üçün hər fürsətdən istifadə edir və “Böyük İsrail” arzusunu həyata keçirir.

“Dünyanı nüvə silahı əldə etməyə çalışmadığımıza əmin etməyə hazırıq”, – deyə Pezeşkian bildirib, lakin eyni zamanda vurğulayıb ki, İran danışıqlar qrupu ölkənin şərəf və ləyaqəti təhlükə altında olduqda heç vaxt geri çəkilməyəcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…