Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2026 / 19:16

Bəzi rayonlara intensiv yağış yağır

Milli Hidrometeorologiya Xidmətinin mayın 24-ü saat 18:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən tezadlar.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Beyləqan, İmişli, Mingəçevir, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Göygöl, Daşkəsən, Sabirabad, Lerik, Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Yevlax, Şəmkir, Göyçay, Culfada arabir şimşək çaxır, yağış yağır.
Saat 17:42-17:48 radələrində Kişçaya (Şəki) diametri 8-11 mm olan dolu düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!