Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2026 / 16:35

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub. Tezadlar.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib . İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.

Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.

Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!