Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri barələrində olan məhkəmə hökmündən verdikləri apellyasiya şikayəti üzrə iş icraata götürülüb. Tezadlar.az xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesi bu gün başlayır.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına (hökm) əsasən, Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni və Babayan David Klimi ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç) və Sahakyan Bako Sahaki 20 il, Babayan Madat Arakeli və Paşayan Melikset Vladimiri 19 il, Martirosyan Qarik Qriqori 18 il, Allahverdiyan Davit Nelsoni və Balayan Levon Romiki 16 il, Beqlaryan Vasili İvani, Stepanyan Qurgen Homerosi və Qazaryan Erik Roberti 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.