Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 12:00

Həftəbecər

ca a bbfdea

Müğənni sayılan Şəbnəm Tovuzlu bir sayta danışarkən belə deyib: “İfalarım bir yana, gözəlliyim də bir çoxuna dərd olub”.

P.S.Şəbnəm xanım, Məşədi Kazımın ruhuna and olsun, ifa və sənət səndən çox uzaqdır. Sponsorun və kompüter texnologiyasının hesabına səhnəyə və efirə çıxıb oxumaq, hələ sənətkar olmaq deyil. Qaldı ki, gözəlliyinin bir çoxuna dərd olmasına, burada da yanlışlığın var. Sənin yığdırılmış süni gözəlliyin, inan ki, sponsordan başqa heç kimə lazım deyil…

***

Xəbər verilir ki, N.Paşinyan “Qarabağ kartı”nı İrəvanda birdəfəlik dəfn edir…

P.S.“Qarabağ kartı”nın çoxdan öldüyünü N.Paşinyan yaxşı bilir. Ona görə də, meyidin ortada qalıb iylənməsini istəmir. Bu səbəbdən də dəfn prosesi 7 iyun seçkilərindən sonra olacaq. Necə deyərlər, Allah lənət eləsin!

***

…Putinin Çinə səfərinin uğursuz olduğunu bütün dünya mətbuatı yazır. Belə ki, V.Putuni çökməkdən yeganə xilas edə biləcək qaz razılaşmasına Çinin prezidenti Si Sinpin razılıq verməyib.

P.S.Qaz razılaşmasını qoyaq bir kənara. Nöşün ki, Rusiya iqtisadiyyatı çöksə yaxşıdır. Amma başqa bir məqam bundan daha maraqlıdır. Deməli, hər iki prezidentin şəklinə baxıram və görürəm ki, V.Putinin boyu getdikcə balacalaşır. Deyəsən, V.Putin hiss edir ki, Ukraynada törətdiyi cinayətlərə görə çəzadan qurtara bilməyəcək. Bu səbəbdən də balacalaşıb, aradan çıxmağa hazırlaşır…

***

abbb c c aa fedbbfd

Bir saytın yazdığına görə, Aygün Kazımovanın sosial mediada yeni görüntüləri yayılıb. Xəbərdə deyilir ki, o qısa ətəkli, qırmızı libası ilə çoxsaylı bəyənmələr qazanıb.

P.S. 54 yaşlı bir qadının əzalarını çöldə qoymasının nəyini bəyənirlər, onu başa düşə bilmirəm. Bunu bəyənən o izləyicilərə deyirəm ki, ətiniz tökülsün elə. Aygünün bu halını birinci dəfədir görürsünüz bəyəm?

***

Məlumatlara görə, İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu başa çatıb. Bu vəzifəyə 11 nəfər iddiaçı sənədlərini Audioviziual Şuraya təqdim edib.

P.S.Mətbuatda adları açıqlanan 11 nəfərin arasında hazırkı rəhbər Balakişi Qasımovdan (heç o da tanınan jurnalist deyil) başqa heç birinin adı jurnalist və televiziya işçisi kimi cəmiyyətdə tanınmır. Deyirəm, az-çox tanınan fiqurlar İTV-ni ictimaiyyətin televiziyasına şevirə bilmədilər. Bəlkə bu tanınmayan namizədlər özlərini tanıtmaq üçün İTV-ni əsl ictimaiyyətin televiziyasına çevirə bildilər. Nə deyim, vallah, hər şey ola bilər(Son anda məlum oldu ki, köhnə rəhbər B.Qasımov yenə öz yerinə qayıdıb. Deməli, İTV-də yenə köhnə hamam, köhnə tas olacaq)

***

Mərhum Fəzail Ağamalının deputat elədiyi qızı Günay Ağamalı sosial şəbəkələrdə bütün növ söyüşlərin və qınaqların ünvanına çevrilib. Özü ehtiyacı olmasa da, uşaq pulu və atasının yüksək deputat maaaşı ilə böyüyən Günay xanım təklif edib ki, uşaq pulu verilməsin: ”Ailələrə uşaq pulu verilsə, onlar tənbəlləşəcək və heç kim işləməyəcək. Tək ata işləsə bəsdir”.

P.S. Bu, artıq sözün bitdiyi yerdir. Seçicilərinin qayğısına qalmalı olan deputat, əksinə, onların problemlərini daha da artırır. Günay xanımın diqqətinə çatdırıram ki, 1990-cı ildə ölkədə 183 min uşaq doğulmuşdusa, hazırda bu rəqəm 90 min nəfərdir. Deməli, keçən bu 35 il ərzində uşaq doğumu yarıbayarı azalıb. Bəs niyə? Ona görə ki, deputat olan atan və onun həmkarları uşaq pulunun verilməsinin əleyhinə olublar. Məhz bu amil uşaq doğumunun sayını yarıbayarı azaldıb. Bunun da nəticəsində, gələcəkdə, Günay xanım, vətəni qorumağa əsgər və nəsil artırmaq üçünsə ərə verməyə qız tapılmayacaq. Çünki, Günay xanım, hamı sizin tək qayğısız, atanız Fəzail müəllim kimi yüksək deputat maaşı ilə uşaq böyüdə bilmir. Hamını öz arşınızla ölçüb, adınızı biabır etməyin. Vallah ayıbdır! Bu millətə millət vəkilliyi etmək istəyirsinizsə, bir çox həmkarlarınız kimi susun və danışmayın. Günay xanım, siz əvəlcə danışmağı öyrənin, sonra millət vəkili olarsınız.

***

Müğənni kimi tanınan Nadir Qafarzadə sosial şəbəkələrdə yayılan bəzi paylaşımları tənqid edərək belə deyib: ”Sosial şəbəkələr baxımından deyirəm ki, ən abırsız və həyasız insanlar Azərbaycandadır. 1-2 faiz yaxşılardan uzaq.

P.S.Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, ağdamlılar demiş, “qağa sən düz deyirsən e, amma helə döyül”. Nəinki sosial şəbəkələrdə, elə sənin də təmsil olunduğun o şou biznesdə olan abırsız və həyasızlar onlardan dəfələrlə çoxdur. 1-2 faizdən başqa. İndi məni fikir götürüb ki, səviyyəsiz, əttökən danışıqları, olmayan sənəti ilə, professorları belə təhqir etməkdən çəkinməyən, Xocalı faciəsi günündə İsraildə konsert verən Nadir Qafarzadə özünü harada görür? Birincilərin sırasında, yoxsa o 1-2 faizin arasında?

***

eba c d bf adfee

Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən alayarımçıq olan Elza Seyidcahan bir sayta qeyri-adiliklərindən danışarkən belə deyib: ”Azərbaycan tamaşaçısı mənim qeyri-adiliklərimə hazır deyildi. Amma çox sevinirəm ki, onları əhliləşdirdim”.

P.S. Heyranına şükür, ya rəbbim! Mən neçə illərdir yazıram ki, bu Elza xəstədir, gəlin onu həkimə aparaq, məni eşidən olmadı. Bu da nəticəsi. İndi bütün tamaşaçıları heyvan sayır və onları əhliləşdirdiyini bildirir. Adamın bu yerdə “O olmasın, bu olsun” filmində qoçu Əsgərin Məşədi İbada dediyi sözlər yadına düşür:” Heyvan sənsən və…”. Yox, yox, ətövbə mən bunu qətiyyən Elza xanıma şamil eləmirəm. Allah eləməsin! Sadəcə Elza xanım biz tamaşaçıları əhliləşdirilən heyvan yerinə qoyduğu üçün filmdən həmin epizod  yadıma düşdü. Amma Elza xanımın müalicə üçün həkimə getməyi vacibdir. Çünki ağlı başında olan insan deməz ki, tamaşaçıları əhliləşdirdim. Hər-halda Elza xanım psixioloji dispanserdə bir neçə  kurs müalicə alsa, yaxşı olardı. Yoxsa bizi heyvan adlandırıb, ağzımızı tikməkdə davam edəcək…

***

Xəbər verilir ki, Kreml İrəvana konkret seçim verib: ya biz, ya Avropa…

P.S. Bu bədbəxt ermənilər 200 ildir işıq gələn tərəfə, Rusiyaya gediblər və nəticə də göz önündədir: Yaxın qonşuları Türkiyə və Azərbaycanla düşmən ölkədə işsizlik, aclıq, səfalət, əhalinin yarısı xarici ölkələrə üz tutub, dövlətçiliyini itirilməsi təhlükəsi və s.  İndi imkan verin bir az da it hürən tərəfə, Avropa Birliyinə  getsinlər. Bəlkə bununla dövlətçiliklərini qoruyub saxlaya bildilər.

ELÇİN

elcinmemmedli

58@gmail.com

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!