28 May 2026 / 09:14

Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağına boyanıb!

Tbilisi şəhərinin ən hündür yerində – Mtaçminda parkında yerləşən və paytaxtın simvollarından biri olan televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərilə işıqlandırılıb. Tezadlar.az xəbər verir ki, aksiya Azərbaycanın 28 May – Respublika Gününə həsr olunub. Şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb. İşıqlandırma iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi qiymətləndirilir.

Qeyd: Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə simvolik abidələrin işıqlandırılması artıq bir neçə ildir ənənəyə çevrilib və yerli ictimaiyyət tərəfindən müsbət qarşılanır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!