Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyana “tam və qəti” dəstəyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, prezident Tramp sosial media hesabında verdiyi açıqlamada 7 iyunda keçiriləcək parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyana dəstəyini açıqlayıb. Paşinyanın “böyük dost və lider” olduğunu vurğulayan Tramp ölkəsini “güclü, varlı və son dərəcə təhlükəsiz” etdiyini bildirib. Tramp əlavə edib: “Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və rifah vizyonumu tam bölüşür”.
ABŞ Dövlət Katibi Marko Rubionun Ermənistana son səfərini xatırladan Tramp, həmin səfər zamanı hər iki ölkə üçün “əhəmiyyətli razılaşmalar üzrə mühüm irəliləyişlər əldə edildiyini” vurğulayıb. Tramp qeyd edib ki, ABŞ və Ermənistan tezliklə Cənubi Qafqazı dəyişdirəcək və Amerika enerji şirkətlərinə Orta Asiyadan ABŞ-a çıxış əldə etməyə kömək edəcək “Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu”nun təməlini qoyacaqlar. Tramp bildirib ki, “Nikolun köməyi ilə ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Orta Asiyanı əvvəllər heç vaxt çatmadıqları yüksəkliklərə qaldıracağıq. Ermənistanı yenidən böyük edəcəyik”.
E.ŞİRİNOV