Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2026 / 09:49

Fransız generaldan İsrailə sərt tənqid

Atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubuna hava hücumları tənqidlərə səbəb olmağa davam edir.

Tezadlar.az xəbər verir ki, təqaüdçü bir fransız general Fransa televiziya proqramında çıxış edərək İsraili canlı yayımda sərt tənqid edib. Fransız general bildirib ki, “İsrail özünü müdafiə etmir; Livanda qırğın törədir”.

“ÖZÜNÜ MÜDAFİƏ ETMİR, LİVANDA QIRĞIN TÖRƏDİRLƏR”

Fransız general Mişel Yakovleff İsrailin Livana hücumlarına sərt reaksiya verib. O, minlərlə livanlının həyatını itirdiyi, bir dənə də olsun İsrail əsgərinin öldürülmədiyi hücumların “özünümüdafiə” olduğu izahına qarşı çıxıb.

“Bir ildə İsraildə sıfır israilli öldürüldüyünü, Livanda isə 2500 insanın öldürüldüyünü görəndə kimin kimə hücum etdiyini soruşuram. “İsrail “Hizbullah”a görə özünü müdafiə edir” deməyi dayandırmalıyıq. Xeyr, İsrail özünü müdafiə etmir. İsrail Livanda qırğınlar və işgəncələr törədir və bu, bağışlanır. Vəziyyət belədir. Tramp bununla razıdır.”

“SIFIR İSRAİLLİ ÖLDÜRÜLÜB, LİVANDA 2500 NƏFƏR”

Aparıcının “Bəs Livanda kim məskunlaşıb, “Hizbullah”?” sualına cavab olaraq Yakovleff bildirib ki, İsrail yaşlı qadınları və uşaqları “Hizbullah” üzvü olduqları üçün öldürür: “28 apreldə İsrail pilotsuz təyyarəsi “Hizbullah” tərəfindən məhv edilib. İsraillilər bunun atəşkəsin pozulması olduğunu qışqırdılar. Pilotsuz təyyarə 3 evi dağıdıb və yaşlı bir qadın da daxil olmaqla 8 nəfəri öldürüb. Görünür, hamısı “Hizbullah” döyüşçüləri deyildi. Lakin İsrail bunun atəşkəsin pozulması olduğunu bildirib. Bu pilotsuz təyyarə haradadır? Livan hava məkanında… Atəşkəsi kim pozur? BMT-nin məlumatına görə, 2024-cü ilin noyabr ayında atəşkəsdən fevral ayında hərbi əməliyyatların bərpasına qədər İsraildə ölənlərin sayı 0, yüzlərlə livanlı isə ölüb. 10.000 pozuntu olub. Bunlardan 2500-ü hücum olub. Mən bunu demirəm, BMT bunu deyir. Kim kimə hücum edir, soruşuram, kim kimə hücum edir…”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!