Əsas məzmuna keç

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı-TƏCİLİ

Nəhayət, siyasi gərginlik son həddə çatdı. Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir. Nazirliyin qiymətləndirməsinə görə, bu proses Avrasiya İqtisadi İttifaqı daxilində qarşılıqlı fəaliyyətə zərər vurur.

Putin ötən gün Ermənistanı Ukraynanın taleyi ilə hədələmişdi…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…