1 İyun 2026 / 11:13

” ABŞ ilə iqtisadi münasibətlərin inkişafı Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaradacaq”

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edib.
Bakı Enerji Həftəsi dünyanın bir sıra dövlət və hökumət rəsmilərinin, beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da həm enerji sahəsində dövlət- özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır.
Bu sözləri Milli Məslisin deputatı Vüqar Bayramov bildirib.
Bayramov vurğulayıb ki, builki forumun əsas fərqlərindən biri də enerji həftəsi çərçivəsində Azərbaycan- Amerika Birləşmiş Ştatları iqtisadi dialoqun təşkil edilməsidir.
“İlk dəfə təşkil edilən bu dialoq iki dövlət arasında iqtisadi münasibətlərin inkişafı və iki dövlət arasında bağlanmış Strateji Tərəfdaşlıq Xartiyasının real olaraq icrasından xəbər verir. İqtisadi baxımdan bu dialoq iki dövlət arasında iqtisadi münasibətlərin inkişafı Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaradacaq. Bu baxımdan, Azərbaycan-ABŞ iqtisadi dialoqu iki dövlət arasıdna münasibətlərin daha da dərinləşməsinə və Azərbaycan iqtisadiyyatına texnologiya və innovasiyanın transferinin sürətlənməsinə gətirib çıxaracaq.
Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan, regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir.
Bu platforma Azərbaycanın enerji sahəsindəki potensialını nümayiş etdirməsinə də şərait yaradır. Dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələrin və təşkilatların cəlb edildiyi Bakı Enerji Həftəsi həm də ökəmizin enerji sahəsindəki üstünlüyünün bir növ təqdimatıdır. İqlim dəyişmələrinin yaratdığı fəsadlar, onların qarşısının alınması yolları, eləcə də “yaşıl enerji” kimi mövzular da Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə ediləcək. Beləliklə, bu regional və qlobal tədbirdən ölkəmiz, eləcə də iştirakçılar faydalana biləcəklər”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!