Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Trump bildirib ki, İran həqiqətən də razılaşma əldə etmək niyyətindədir və bu, həm ABŞ, həm də onun müttəfiqləri üçün müsbət nəticə olacaq. Tezadlar.az xəbər verir ki, bu barədə Tramp Truth Social platformasında paylaşım edib. Onun sözlərinə görə, bəzi demokratlar və bəzi respublikaçılar onun danışıqlar prosesini çətinləşdirdiklərini anlamırlar: “Görəsən, demokratlar və bəzi zahirən vətənpərvər görünən respublikaçılar başa düşmürlər ki, siyasi avantüristlər davamlı olaraq mənə daha tez və ya daha gec hərəkət etməli olduğumu, müharibəyə başlamalı olub-olmadığımı diktə etdikcə, mənim işimi lazımi şəkildə görməyim və danışıqlar aparmağım daha da çətinləşir”, – deyə Tramp yazıb.
ABŞ prezidenti bildirib ki, bütün bu tənqidlərə baxmayaraq, nəticədə hər şey yaxşı olacaq: “Sadəcə rahat olun və sakitləşin. Sonda hər şey yaxşı bitəcək — həmişə olduğu kimi”, – deyə Tramp qeyd edib.