MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli müğənni Haluk Levent Tokatda verdiyi konsert zamanı səhnədə özünü pis hiss edib.
Tezadlar.az xəbər verir ki, bir müddət əvvəl mədə qanaxması səbəbindən reanimasiyada müalicə alan və daha sonra evə buraxılan sənətçi çıxışını yarımçıq dayandırmalı olub.
Tamaşaçılara müraciət edən Haluk Levent, “Üzr istəyirəm, təxminən 10 dəqiqədir mədəm çox ağrıyır. Bir qədər dincəlməliyəm, sonra qayıdacağam”, – deyə bildirib.
Sənətçinin bu sözlərindən sonra tamaşaçılar ona alqışlarla dəstək veriblər.