2 İyun 2026 / 01:26

Prezident Ərdoğan 10-cu dəfə baba oldu

Prezident Rəcəb Tayyib Ərdoğanın 10-cu nəvəsi dünyaya gəlib.

Tezadlar.az xəbər verir ki, prezident Ərdoğanın qızı Sümeyyə Ərdoğan Bayraktar və Səlçuk Bayraktarın üçüncü övladı dünyaya gəlib.

Ərdoğan xəstəxanada Bayraktar cütlüyünü ziyarət edib, orada nəvəsinin və qızının sağlamlığı ilə bağlı məlumat alıb və təbriklərini çatdırıb.

Prezident Ərdoğanı xəstəxana ziyarəti zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Sümeyyə və Səlçuk Bayraktar 2017-ci ildə dünyaya gələn uşaqlarına Canan Aybüke, 2024-cü ildə dünyaya gələn uşaqlarına isə Asım Özdemir adını veriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!