Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasının “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi NATO təlimlərində iştirak etdikdən sonra texniki nasazlıq səbəbindən Norveçin Stavanqer limanında lövbər salmağa məcbur olub.
Tezadlar.az xəbər verir ki, bu barədə “Navy Lookout” məlumat yayıb.
Nəşrin məlumatına görə, mühəndislər əvvəllər Kopenhagenə səfərin ləğvinə səbəb olan problemləri həll edərkən gəmi bir neçə gündür lövbər salıb.
Britaniyanın Müdafiə Nazirliyi əvvəlcə kiçik texniki problem barədə məlumat verib, lakin təlimlər başa çatdıqdan sonra təyyarədaşıyan gəmi əlavə təmir üçün Stavanqerə qayıdıb.
Nəsazlığın səbəbi açıqlanmır. Təmir işlərinin gözləniləndən daha uzun çəkəcəyi bildirilir. Qeyd olunur ki, təmir gəminin davamlı döyüş hazırlığını təminatı üçün aparılıb.