Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Okinava prefekturasında tüğyan edən və Yaponiyanın əsas adalarına doğru irəliləyən “Çanmi” tayfunu nəticəsində azı doqquz nəfər xəsarət alıb.“Tezadlar.az” bildirir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Minoru Kixara xəbər verib. Onun sözlərinə görə, Okinava prefekturasında doqquz nəfər yüngül xəsarət alıb, altı bina zədələnib. Qeyd olunur ki, tayfunun yaxınlaşması səbəbindən 300-dən çox aviareys ləğv edilib. Əsas məhdudiyyətlər Küsü adasındakı Miyazaki və Kaqoşima hava limanlarına təsir göstərir. Sinoptiklərin məlumatına görə, tayfun təxminən 25 km/saat sürətlə şimal-şərqə doğru hərəkət edir və növbəti 24 saat ərzində Sakit Okeana doğru irəliləməzdən əvvəl Tokio ərazisi də daxil olmaqla Küsü, Şikoko və Honsü adalarına təsir göstərə bilər.