Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və müasir tədris klinikasının rəsmi açılış mərasimi 12 iyun 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.
Bu barədə Tezadlar.az-a universitetin Mətbuat Xidmətindən məlumat verilib.
Açılış mərasimi Azərbaycanda baytarlıq təhsilinin inkişafına, müasir tədris imkanlarının genişləndirilməsinə və gələcək baytar mütəxəssislərinin hazırlanmasına yönəlmiş mühüm hadisə kimi qiymətləndirilir.
Yeni yaradılmış tədris infrastrukturu tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsinə, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun klinik təcrübə qazanmasına imkan verəcəkdir. Tədris klinikası isə tələbələrin peşəkar hazırlığının artırılması və heyvan sağlamlığı sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi baxımından mühüm rol oynayacaqdır.
Mərasimdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, baytarlıq sahəsinin mütəxəssisləri, beynəlxalq tərəfdaşlar, media nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
Tədbir çərçivəsində rəsmi çıxışlar, fakültənin inkişaf perspektivləri ilə bağlı təqdimatlar və yeni tədris binası ilə klinikanın infrastrukturu üzrə tanışlıq turu nəzərdə tutulur.
HASVET Baytarlıq Təbabəti Fakültəsi müasir təhsil, elmi araşdırma və klinik təcrübəni bir araya gətirən innovativ akademik mühit yaratmaqla Azərbaycanda və regionda baytarlıq təhsilinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.