…Şəhidlər və qazilər hər birimizin qürurumuzdur. Bu gün Azərbaycanın bütün ərazilərində Dövlət Bayrağımızın dalğalanmasına Şəhidlərimizin qanı bahasına, qazilərimizin igidliyi sayəsində nail olmuşuq. Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərir, onların mənzil-məişət şətaitləri durmadan yaxşılaşdırılır.
Bəs Qəbələ rayon Soltannuxa kənd sakini, 1994- cü ildə şəhid olmuş Mustafayev Həsrət Atabala oğlu niyə unudulub?
Şəhidin atası Mustafayev Atabala 2007- ci ildə Qəbələ Rayon İcra Hakimiyyətində şəhid atası kimi ev növbəsinə durub. Lakin bu günə qədər -19 ildir ki, şəhidin ailəsi mənzillə təmin olunmayıb. Səbəbi isə bəlli deyil. Qəbələ Rayon İcra Hakimiyyətindən şəhidin qardaşına bildirilib ki, şəhid ailələrini mənzillə təmin etmək bizim səlahiyyətimizdə deyil. Şəhidin anası Qəbələdən Milli Məclisə deputat seçilmiş DMP-nin sədri Elşən Musayevə də müraciət edib. Hətta deputatı seçici kimi evlərinə görüşə dəvət edib. Görünür, deputatın işləri çox olduğundan hələ şəhid anası ilə görüşməyə vaxtı olmayıb.
ŞƏHİDLƏR HƏR BİRMİZİN BAŞIMILZIN TACIDIR. BƏS QƏBƏLƏLİ ŞƏHİD HƏSRƏT MUSTAFAYEVİN AİLƏSİNƏ BU LAQEYD MÜNASİBƏTİN SƏBƏBİ NƏDİR?
Əliqismət Bədəlov,
Veteran jurnalist