Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə ABŞ ordusu İran tərəfindən atıldığı iddia edilən raket və dronları ələ keçirdikdən sonra Qəşm adasındakı yerüstü idarəetmə obyektinə zərbə endirib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib. Sitat: “ABŞ qüvvələri 2 iyunda Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq bir neçə ballistik raket və dronu uğurla vurub və özünümüdafiə məqsədilə zərbə endirib”.
Məlumata görə, İran beş raket atıb, lakin onlardan heç biri hədəflərinə çatmayıb. ABŞ ordusu bundan başqa üç dronu da vurduğunu bildirib.