Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2026 / 11:36

Sankt-Peterburqda axşamdan endirilən zərbədən neft emalı zavodu hələ də yanır…

Rusiya regionları ötən gecə Ukrayna dronlarının ən böyük kütləvi hücumlarından birinə məruz qalıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri Ukraynanın təkcə 354 təyyarə tipli PUA-sını vurub. Dronların Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Orel, Pskov, Rostov, Smolensk, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası və Azov dənizi üzərində vurulduğu da deyilir. Sankt-Peterburqda Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburq Neft Terminalına iki dəfə zərbə endirilib. PUA-nın hücumundan sonra obyektdə yanğın baş verib. Kronştadtdakı liman infrastrukturuna da hücum edildiyi bildirilib. Dronların Estoniyanın ərazi sularından Finlandiya körfəzi üzərində son dərəcə aşağı hündürlüklərdə uçaraq Sankt-Peterburqa zərbə endirdiyi bildirilib. Xatırladaq ki, bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fəaliyyətə başlayır. Forumun ilk günündə Ukrayna şəhərə və Leninqrad vilayətinə dron hücumu həyata keçirib. Sankt-Peterburqda PUA hücumu ilə əlaqədar mobil internet kəsintiləri müşahidə olunub. Qubernator Aleksandr Beqlov hücumun ziyana və tələfata səbəb olduğunu bildirib. Tambov vilayətinin Miçurinsk şəhərindəki Proqress zavoduna da hücum edilib. Müəssisə təyyarə və raket idarəetmə sistemləri üçün avadanlıq istehsal edir. İlkin məlumatlara görə, PUA hücumundan sonra obyektdə yanğın baş verib.

Dron hücumları hazırda da davam edir. Bu barədə Rusiyanın sosial şəbəkə istifadəçiləri videokadrlar paylaşıb.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!