3 İyun 2026 / 15:47

Tramp Netanyahunu dəli adlandırıb

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə İsrailin Baş naziri Binyamin Netanyahu ilə son telefon danışığı zamanı ədəbsiz dildən istifadə etdiyini və onu “dəli” adlandırdığını təsdiqləyib.

“Onun Livanla davam edən düşmənçiliyindən bir az narahat idim”, – deyə Tramp İsrailin Baş nazirinə qarşı bu cür dildən istifadə etməsinin səbəblərini izah edərək bildirib.

Eyni zamanda, ABŞ prezidenti əlavə edib ki, Netanyahu ilə məhsuldar işləməyə davam edir və hələ də İsrailin Baş nazirinə yüksək hörmətlə yanaşır.

“Mən müharibə dövrünün prezidentiyəm. O, müharibə dövrünün baş naziridir”, – deyə Tramp vurğulayıb.

“Axios” daha əvvəl mənbələrə istinadən bildirib ki, Tramp Netanyahu ilə telefon danışığında İsrailin Livandakı hərəkətlərini tənqid etmək üçün ədəbsiz dildən istifadə edib və bunun İranla danışıqları təhlükəyə atdığını iddia edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!