Əsas məzmuna keç

KÖÇKÜNLƏR BUNU MÜTLƏQ OXUSUN, YOXSA…

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə görə, İşğaldan azad edilmiş ərazilərə köçürülən və ya köçürülmə təklifini qəbul etməyən şəxslər (imtina edənlər) məcburi köçkün statusunu itirəcəklər.
Tezadlar.az xatırladır ki:
-Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün isə status qanunun qüvvəyə mindiyi tarixdən etibarən başa çatmış hesab olunacaq.
-Məcburi köçkün statusu başa çatdıqdan sonra sosial müdafiə tədbirləri həm köçürülən, həm də köçürülmədən imtina edənlər üçün 3 il müddətində davam etdiriləcək. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün bu müddət onların köçürüldüyü tarixdən hesablanacaq!
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…