Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 10:34

Azərbaycan və Türkiyə zərgərlik şirkətləri “Azerbaijan Jewelry Show” sərgisində bir araya gəldilər

Paytaxt Bakıda “Azerbaijan Jewelry Show” sərgisi nümayiş olunur.

4–6 iyun tarixlərində Bakı İdman Sarayında keçiriləcək sərgidə Azərbaycan və Türkiyədən zərgərlik sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir.

Tezadlar.az  xəbər verir ki, sərgi çərçivəsində qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr, bijuteriya, zərgərlik məmulatları üçün qablaşdırma məhsulları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdirilir.

Sərginin ümumi sahəsi 4000 m²-dir. İştirakçı şirkətlərin sayı isə 50–60 şirkətdir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən “Azerbaijan Jewelry Show” sərgisinin açılış mərasimində bildirib ki, cari ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları ixracı 47 faiz artıb..

“Zərgərlik sahəsi istehsal və ixracımıza əlavə dəyər qazandırdığı üçün bu sənayenin dəstəklənməsi bizim üçün çox vacibdir. Bu ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları ixracı əhəmiyyətli dərəcədə artıb. Artım 47 faiz təşkil edib. Bu göstərici iqtisadiyyatımız üçün olduqca önəmlidir”, – deyə o qeyd edib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!