Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-da məhkəməsini gözləyən Venesuela prezidenti Nikolas Maduro müdafiə komandasını əvvəllər mübahisəli reper Şon Kombsu (Diddi) təmsil edən vəkil Anna Estevao ilə gücləndirib.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti”-nin məlumatına görə, Maduro müdafiə komandasına Bruklin həbsxana yoldaşı, reper Şon Kombsu təmsil edən və Diddi kimi tanınan vəkili də əlavə edib.
Anna Estevaonun əlavə edilməsi ilə bağlı bildiriş Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ Rayon Məhkəməsinə təqdim edilib.
“Vzglyad” qəzetinin məlumatına görə, ABŞ hakimiyyəti Venesuela hökumətinə Nikolas Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib. ABŞ prokurorları Venesuela liderini narkoterrorizmdə ittiham ediblər.
E.ŞİRİNOV