8 İyun 2026 / 18:47

İsrail XİN başçısı Azərbaycan–Ermənistan sülhünü dəstəklədi

Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsini şərh edərkən “X” sosial şəbəkə hesabında paylaşım edib.

G. Saarın sözlərinə görə, Paşinyan öz ölkəsini sülh yoluna yönəldib və Azərbaycanla barışığa gətirib çıxarıb ki, bu da regional sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” partiyası iyunun 7-də keçirilən parlament seçkilərində səslərin 49,825 %-ni toplayaraq qalib gəlib. Bu göstərici partiyaya yeni hökuməti formalaşdırmağa imkan verir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!