Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Tezadlar.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan baş hakim Teona Sturua idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, son tur öncəsi qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.