Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 10:44

Səhərlər su içməyin

“Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə bilər”.

Tezadlar.az Rusiya mətbuatına istinadən bildirir verir ki, bu barədə terapevt Anna Furqal TASS-a açıqlamasında səhərlər geniş yayılmış bu vərdişin sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib.

Həkimin sözlərinə görə, yeməkdən əvvəl soyuq su içmək mədə üçün zərərli ola bilər.

“Soyuq, xüsusilə də buzlu su boş mədəyə düşdükdə spazm yarada bilər. Orqanizm mayeni isitmək üçün əlavə enerji sərf edir ki, bu da həzm prosesinə mənfi təsir göstərir”, – deyə həkim bildirib.

Bundan başqa, mütəxəssis səhərlər mütəmadi soyuq su içməyin diş minasına da zərər verə biləcəyini vurğulayıb.

Həkimin tövsiyəsinə görə, səhərlər otaq temperaturunda və ya bir qədər ilıq su içmək lazımdır. Bundan başqa, bitki çayları və quru meyvə kompotları da uyğundur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!