Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 20:54

Xalq artisti onunla şəkil çəkdirib adından sui-istifadə edənlərə mesaj göndərdi: “…Deyir ki, ustadımdır”

Xalq artisti Mənsum İbrahimov muğam öyrənmək istəyən ifaçılara münasibətini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə sənətçi “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, muğam hər kəs üçün açıq sənətdir:

“Muğam bizim ana musiqimizdir. Heç kimə qadağan edə bilməzsən ki, muğamı öyrənmə və ya oxuma. Təbii ki, xanəndə kimi oxuya bilməz. Amma onu öyrənməyinə çox yaxşı baxıram. Çünki ifa etdiyi mahnıların keyfiyyətinə təsir edir. Bilir ki, hansı muğam ladındadır. Kim meyil edib öyrənmək istəyirsə, mən onu alqışlayıram”.

Mənsum İbrahimov bəzi şəxslərin ustadların adından istifadə etməsinə də münasibət bildirib:

“Bir də ustadlarının adından istifadə edənlər var. Bir dəfə yanıma gəlib mənimlə şəkil çəkdirir, deyir ki, ustadım Mənsum müəllimdir. Amma əsas odur ki, ifası necədir? Mən buna fikir verirəm, əgər gözəldirsə, deyirəm qoy olsun, eybi yox”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!