Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu səhər Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində həlak olan şəxsin Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi, general-mayor Dəmir Davıdov olduğu bildirilir. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Dəmir Davıdov Balaşixada yaşayırdı və partlayış baş verən BMW X3 markalı avtomobil ona məxsus olub. Bildirilir ki, general sözügedən avtomobili 2024-cü ildə Vladimir vilayətində yaşayan bir iş adamından alıb. Rusiya mediasının məlumatına əsasən, Dəmir Davıdov Ukraynada müharibə başlayandan sonra dəfələrlə Luqansk vilayətinə səfər edib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.