Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 21:52

Moskva vilayətindəki partlayışda ölən Rusiya MN Baş Raket və Artilleriya İdarəsinin rəisidir

Bu səhər Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində həlak olan şəxsin Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi, general-mayor Dəmir Davıdov olduğu bildirilir. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Dəmir Davıdov Balaşixada yaşayırdı və partlayış baş verən BMW X3 markalı avtomobil ona məxsus olub. Bildirilir ki, general sözügedən avtomobili 2024-cü ildə Vladimir vilayətində yaşayan bir iş adamından alıb. Rusiya mediasının məlumatına əsasən, Dəmir Davıdov Ukraynada müharibə başlayandan sonra dəfələrlə Luqansk vilayətinə səfər edib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!