Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 08:12

ABŞ İrana qarşı niyə özünümüdafiə zərbələri endirir?

Gözlənilməz halda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını elan etdi.  Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Komandanlığın  “X” sosial şəbəkəsindəki rəsmi hesabında bu barədə paylaşım edilib. Sitat: “ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus ‘Apache’ helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”.

Bununla belə, Tramp administrasiyası hesab edir ki, bu zərbələr İranla danışıqlara təsir etməyəcək. İran rəsmiləri isə qarşılıqlı cavab reaksiyaları olacağını gizlətməyib.

A.Məmmədli

 

Açıqlamada bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!