Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 16:25

Dünyada 138 milyon uşaq işləməyə məcbur edilir – BƏT

Dünyada təxminən 138 milyon uşaq işləməyə məcbur edilir və onlardan 54 milyonu həyat və sağlamlıq üçün təhlükəli şəraitdə işləyir.

Bu barədə BMT-nin Xəbər Xidməti Beynəlxalq Əmək Təşkilatına (BƏT) istinadən məlumat yayıb

BƏT hər kəsə xatırladır ki, Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü hər il 12 iyunda qeyd olunur.

Həmin gün 2002-ci ildə uşaqların istismarı probleminə diqqət çəkmək və hökumətlərin, müəssisələrin və vətəndaş cəmiyyətinin səylərini birləşdirmək üçün təsis edilib.

2026-cı il üçün qeyd etmənin mövzusu isə  “Uşaq əməyi üçün qırmızı kart: uşaqlar üçün ədalətli şərait, böyüklər üçün layiqli əmək”dir.

Bu, eyni zamanda böyüklər üçün layiqli iş şəraitinin təmin edilməsi ilə yanaşı, uşaqların qorunmasının vacibliyini vurğulayır.

Belə yanaşma BƏT-in əsas tezisini əks etdirir: uşaq əməyi yoxsulluğun, məşğulluğun olmamasının və zəif sosial sistemlərin nəticəsidir və buna görə də hərtərəfli cavab tələb edir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!