Dünyada təxminən 138 milyon uşaq işləməyə məcbur edilir və onlardan 54 milyonu həyat və sağlamlıq üçün təhlükəli şəraitdə işləyir.
Bu barədə BMT-nin Xəbər Xidməti Beynəlxalq Əmək Təşkilatına (BƏT) istinadən məlumat yayıb
BƏT hər kəsə xatırladır ki, Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü hər il 12 iyunda qeyd olunur.
Həmin gün 2002-ci ildə uşaqların istismarı probleminə diqqət çəkmək və hökumətlərin, müəssisələrin və vətəndaş cəmiyyətinin səylərini birləşdirmək üçün təsis edilib.
2026-cı il üçün qeyd etmənin mövzusu isə “Uşaq əməyi üçün qırmızı kart: uşaqlar üçün ədalətli şərait, böyüklər üçün layiqli əmək”dir.
Bu, eyni zamanda böyüklər üçün layiqli iş şəraitinin təmin edilməsi ilə yanaşı, uşaqların qorunmasının vacibliyini vurğulayır.
Belə yanaşma BƏT-in əsas tezisini əks etdirir: uşaq əməyi yoxsulluğun, məşğulluğun olmamasının və zəif sosial sistemlərin nəticəsidir və buna görə də hərtərəfli cavab tələb edir.
JASMİN







