10 İyun 2026 / 19:17

“Şəfa” daha üç futbolçu ilə vidalaşdı

“Şəfa” klubu daha üç futbolçusu ilə yollarını ayırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

Xatırladaq ki, Bakı klubu daha əvvəl qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla vidalaşıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!