Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abdullayev Yusif Tarverən oğluna məxsus “Qızılağac” şadlıq sarayında yoxlama keçirib.
Tezadlar.az xəbər verir ki, yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub, “Organic Vodka” və “Greenway Bio Organic” əmtəə nişanlı saxta alkoqollu içkilər satışdan kənarlaşdırılıb. Normativ-texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.
Araşdırmalar davam etdirilir.