Əsas məzmuna keç

Cərimələr: yollarımızda qayda pozma şəraiti və…

…Son günlər, hətta hüquqşünas və vəkillər, ekspertlər… də Bakı yollarında əsassız cərimələrə məruz qaldıqlarını yazır, etiraz edirlər, səbəbi isə tapa bilmirlər ki, axı, cərimələməkdə məqsəd nədir? Məqsəd sürücülərin qayda pozmasının qarşısını almaqdırmı??? Tezadlar.az-ın araşdırması isə gözstərir ki, son 10 ildə tətbiq edilmiş ən sərt cəza və qaydalara baxmayaraq, qayda pozma hallarını sürətlə artır. Niyə? Axı bunun səbəbi tapılmalıdır. Niyə biz addımbaşı qayda pozuruq?
Almaniyada yaşayan dostum, professor Abdulkadir İnaltəkinə sual vermişəm ki, sən Berlində niyə cərimələnmirsən??? Cavabı: “Almaniyada istəsən belə qayda poza bilməzsən, çünki burda qayda pozmağa şərait yoxdur!”.
Dostlar, mütəxəssislər, hüquqşünaslar, vəkillər, Bakıda-Azərbaycanda niyə belədir? Axı boğazımızdan-ailə büdcəmizdən kəsib niyə cərimələrə xərcləməliyik? Tanıdığım taksi sürücüsü var, deyir, ailəm böyükdür, əvvəllər həftədə 3 kq ət alırdım, indi qazancım 1 kq ətə çatır… Gəlin birlikdə düşünək, çarə tapaq ki, niyə biz Bakıda qayda poza-poza müflisləşməliyik???

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…