Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 13:36

Süni intellekt Təhsil Nazirliyini də əvəz edəcək- NAZİRİN MƏNTİQİ BELƏDİR!

Tezadlar.az xatırldır ki, dünən təhsil nazirimiz olduqca sensasion faktlar açıqlayıb, deyib ki, tezliklə dərsliklərə ehtiyac qalmayacaq… Hətta bildirib ki, süni intellekt Dilçilik İnstitutundan da yaxşı işləyir…
 Tanınmış jurnalist Seymur Feyruzov nazirin bu məntiqinə fərqli məntiqlə belə cavab verib. Sitat: “Emin Əmrullayev deyib ki, təxminən 3 ildən sonra dərsliklər tamamilə əhəmiyyətini itirəcək, süni intellekt sistemləri artıq bir çox hallarda ənənəvi dərsliklərdən və test bazalarından daha yaxşı suallar və izahlar təqdim edə bilir. O, haqlıdır, ölkədə dərs yoxdursa, dərslik də olmamalıdır. Təhsil yoxdursa, Təhsil Nazirliyi də olmamalıdır. Ən yaxşısı, Təhsil Nazirliyi ləğv edilsin! Süni intellekt mərkəzləşdirilmiş sistem və sahəvi prinsiplər əsasında nazir vəzifəsini də idarə edə bilər. O zaman sənə nə ehtiyac var? Öncə sən get! Emin Əmrullayev kimi adamların Azərbaycanı hansı fəlakətə sürüklədiyini anlamaq istəmirik. Süni intellekti yaradan ölkələr köhnə təhsil sisteminə dönüş edir, əl yazısına, kitaba qayıdır. Avropada təxminən 20-30 əvvəl Əmrullayev kimi düşünürdülər. Çində adi fəhlə Əmrullayevdən daha çox texnoloji biliklərə sahibdir, amma orada bu adam kimi düşünən yoxdur. Bir xalqın taleyini datadan, internetdən asılı hala gətirməyi məqbul hesab edən Əmrullayevin sayıqlamaları başadüşüləndir. Çünki özünə bağ evi tikdirir və başı ona qarışıqdır. Hətta bir neçə gün öncə yeni tikilən villasında susızması nəticəsində bütün əməyi batdı, ziyana düşdü. Əsəbləri korlanıb. Övladlarımızı laboratoriya alətinə çeviriblər, elə bil zonbi yetişdirirlər. 3-4-cü sinif dərsliklərinə sintaktik təhlil, ƏBOB, ƏKOB salan zehniyyət bundan artıq olmayacaq ki…”.
Sitatın sonu.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!