Əsas məzmuna keç

Əsəbdən kişi həyat yoldaşını, anasını və həyat yoldaşının rəfiqəsini bıçaqladı

Bəzən adi əsəb və səbrsizlik görün hansı nəticəyə gətirib çıxarır: Gürcüstanın İmereti Polis Departamentinin əməkdaşları üç nəfərə, o cümlədən ailə üzvlərinə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd ittihamı ilə əvvəllər məhkum olunmuş, hazırda isə şərti cəza altında olan şəxsi “isti izlərlə” saxlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, alkoqolun təsiri altında olan təqsirləndirilən şəxs bıçaqla həyat yoldaşına, anasına və həyat yoldaşının rəfiqəsinə bir neçə zərbə endirib. Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər və onlara tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət alətini — bıçağı maddi sübut kimi götürüblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə istintaq aparılır. Təqsirləndirilən şəxsə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Səbrsizliyin sonu 20 illik həbs deməkdir! Odur ki, səbrsiz olmayaq…

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…