Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin Van şəhərində konsert proqramı keçirilib.
Tezadlar.az-ın məlumatına görə, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupu və solistləri Türkiyənin Van şəhərində Azərbaycan Dərnəyinin açılış mərasimində geniş konsert proqramı ilə çıxış ediblər.
Konsert Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupunun baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırovun rəhbərliyi ilə keçirilib.
Belə ki, solistlərdən Bəhruz Quliyev , Əfsanə Babayeva və rəqs qrupunun ifasında “Salam gətirmişəm”, “İncəlik”, “Azərbaycan”, “Naz eləmə”, Sarı gəlin, “Ey Vətən” və digər musiqi və rəqs nömrələri təqdim olunub.
Təqdim olunan nömrələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.