15 İyun 2026 / 09:27

Putinlə Tramp telefonda nə danışıblar?

Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın telefonda danışdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Moskvada jurnalistlərə açıqlama verən Uşakov bildirib ki, prezident Putin və prezident Tramp telefon danışığı zamanı İran, Fars körfəzi və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Uşakov qeyd edib ki, söhbət təxminən bir saat davam edib və Putin Trampı 80 illik yubileyi münasibətilə təbrik edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!