16 İyun 2026 / 08:51

93 yaşlı məşhur aktrisanın cavanlıq sirri

Dünyaca məşhur aktrisa Coan Kollins 93 yaşı olmasına baxmayaraq, öz cazibəsini və enerjisini qoruyub saxlayır.

Tezadlar.az bildirir ki, aktrisa qatıldığı tədbirlərdən birində bu qədər gənc və enerjili qalmasının səbəblərindən danışıb:

“Hər səhər oyanıb təmiz havanı ciyərlərimə çəkirəm, yaxşı yatmağa çalışıram, bol su içirəm və özümə qayğı göstərirəm”.

Coan Kollins bildirib ki, bəzən özünəinamını artırmaq istəyəndə köhnə filmlərinə baxır və bundan böyük zövq alır.

Aktrisanın illərə meydan oxuyan görünüşünün sirri hər kəs üçün maraqlıdır. Kollins daha əvvəl verdiyi müsahibələrdə ən yaxşı görünmək və özünü yaxşı hiss etmək üçün hələ də idman zalına getdiyini bildirib.

“Həftədə bir neçə dəfə şəxsi məşqçimlə məşq edirəm”, – deyən aktrisa xüsusilə pilatesə üstünlük verir.

O, yaxşı genlərə sahib olduğu üçün özünü şanslı hesab edir və düşünür ki, əsas məsələ bu mirası düzgün qoruyub saxlamaqdır.

Coan Kollins enerjisinin sirrini isə belə izah edir:

“Mən həyata böyük bir coşqu ilə gəlmişəm. Anam deyirdi ki, uşaqlıqda heç vaxt dinc dura bilmirdim. Eyni vaxtda beş fərqli iş görürdüm: tapmacalar həll edir, kukla evi düzəldir, kitab oxuyur, rəsm çəkir və detektiv olmağa çalışırdım”.

Onun üçün həyat əsl hədiyyədir. Məşhur aktrisa hesab edir ki, bir çox insanlar bu qiymətli hədiyyənin dəyərini bilmədən onu boşa xərcləyir və sonra buna təəssüflənirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!