…Siz bu sətirləri oxuyarkən Yer planetimizin də daxil olduğu Günəş sistemi saatda 828000 klometr sürəti ilə Qalaktikanın (Süd yolunun) ətrafında dövr edir. Bu sətrləri oxuduğunuz zaman olduğumuz nöqtədə Günəş sistemi (həm də yer planeti) bir dövrə vurub 225-230 000 000 ildən sonra olacaq (bir Günəş ili). Daha doğrusu Qalaktikanın mərkəzinə nisbətdə həmin nöqtədə. Belədə ulduzlar da, Qalaktika da spralvari hərəkət edir.
Bu baxımdan planetimizin bir dövrəni başa vurub yenidən həmin qayıtdığı nöqtə Qalaktikanın mərkəzinə nisbətdə həmin nöqtə olacq. Bizə, yəni insan svilizasiyasına bunu görmək qismət olmayacaq. Həmçinin hazırda planetdə olan digər növlərin demək olar ki heç birinə. Bundan əvvəl Günəş sistemi, o cümlədən Yer planeti bu nöqtədə 230 000 000 il əvvəl olmuşdur. Geoloji xronologiya şkalasına görə o zaman Mezozoy erasının Orta Trias dövrü idi və planetimizin sakinləri donozavrlar, bəzi dəniz canlıları və indiki bəzi növlərin o zamankı əcdadları idi. Biz (Günəş və Yer) bir də qayıdıb bu nöqtədən keçəndə planetimizin sakinləri tamam başqa növlər olacaq.

Onu da deyim ki, Qalaktikanın cırtdan ulduzlarından olan Günəş “Süd yolunun” kənarıda deyil, ortasıdadır. Yəni Qalaktikanın mərkəzindən o qədər də uzaqda deyilik.
Vur-tut 28 000 il X 10 000 000 000 000 kilometr (yuvarlaq).
Siz bu yazını oxuyana qədər (2 dəqiqə) biz Qalaktikanın ətrafında daha 30 000 km hərəkət etdik.
“Ellərə baxıram bağçalı, bağlı,
Göylərə baxıram qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya”. (S. Vurğun)
Sahib MƏMMƏDOV
P.S. Elə növlər var ki, onlar cəmi bir neçə saniyə yaşayıb məhv olur. Onların dünyaya gəlişi bizim üçün mənasız görünə bilər. Amma qalaktika miqyasıda insanın orta ömrü heç saniyənin mində biri qədər də deyil